Prezident İİB Qrupunun sədrinə “Dostluq” ordenini təqdim etdi — Fotolar

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə “Dostluq” ordenini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib. Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.