Zaqatalada iki minik avtomobili toqquşub: 36 yaşlı sürücü yaralandı

Zaqatala rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, qəza Şəki-Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində qeydə alınıb. Saat 22:00 radələrində 08-BK-753 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə 99-XD-407 nömrəli "Opel" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 36 yaşlı Ramiz Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)