3 yaşlı uşağından sonra özü də öldü
Culfada səkkiz gün əvvəl baş verən yanğında xəsarət alan 22 yaşlı qadın vəfat edib. “Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova bu gün müalicə aldığı xəstəxanada həyatını itirib. Xatırladaq ki , sözügedən yanğın hadisəsi iyunun 11-də Culfa şəhərindəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində F.Zeynalovanın 2023-cü il təvəllüdlü azyaşlı oğlu Emil Cəfər oğlu Zeynalov da ölüb.

Şərh verin