Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib
Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Milli.Az xəbər verir ki, 3, 5, 33 nömrəli şəhər poliklinikalarının, 3 nömrəli Vərəm Əleyhinə Dispanserin və "Diamed Hospitalın" yanında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub. Bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq 3.28 - "durmaq qadağandır", "5.14" - "minik taksilərinin duracaq yeri" nişanları və xüsusi hərəkət zolağında məlumat lövhəsi quraşdırılıb. Fuad İbrahimbəyov və Cəfər Cabbarlı küçələri, 3 nömrəli şəhər poliklinikasının yanı (taksi duracağı və avtobus zolağında minib-düşmə yeri); Nəcəf bəy Vəzirov küçəsi, 5 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı); Neftçi Qurban Abbasov küçəsi, 33 nömrəli şəhər poliklinikası və 3 nömrəli Vərəm Əleyhinə Dispanserin yanı (minib-düşmə yeri və taksi duracağı); Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsi, "Diamed Hospital"ın yanı (minib-düşmə yeri). Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin