70 yaşlı kişi hoteldə öldü

Beyləqanda hoteldə ölüm hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 18-nə keçən gecə olub. Səhər saat 08 radələrində 1956-cı il təvəllüdlü Gəncə şəhər sakini Adil Fərhad oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti hoteldə tapılıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.