Ağ Evdən Livan açıqlaması: Atışmalar azalsa da, gərginlik hər an yenidən başlaya bilər
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə bütün cəbhələr üzrə atəşkəsin təmin olunmasına çağırış edib. O, "Truth Social" hesabında paylaşdığı açıqlamada ABŞ-in sülhə sadiq olduğunu bildirərək tərəfləri danışıqlar prosesini dəstəkləməyə çağırıb. Ağ Evdə çıxış edən vitse-prezident JD Vance isə İsrail və Hezbollah arasında Livanda lokal toqquşmalar riskinin hələ də qaldığını deyib. O, hər iki tərəfin razılaşmalara əməl etməsinin regionda sabitliyin qorunması üçün vacib olduğunu vurğulayıb. Vens əlavə edib ki, Livanda atışmaların sayı azalsa da, zaman-zaman gərginliklərin yaşanması mümkündür. O, gələcəkdə Cənubi Livanda təhlükəsizliyə nəzarətin dövlət qurumlarına keçməsinin vacibliyini də qeyd edib. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin