Aşura günündə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar - Siyahı

Aşura günündə ölkənin müxtəlif bölgələrində ənənəvi qanvermə aksiyaları təşkil olunacaq. Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, aksiya QMİ-nin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Bildirilib ki, Aşura günü bu il iyunun 25-nə təsadüf edir. Həmin gün keçiriləcək qanvermə aksiyalarında toplanacaq qan ehtiyatları hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq. Qanvermə aksiyalarının keçiriləcəyi ünvanların siyahısını təqdim edirik: Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)