"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı
"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrılıb. Milli.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Fabiyan Buntiçdən gedir. Təcrübəli qolkiper artıq komanda ilə sağollaşıb. Onun yeni klubu da bəllidir. Buntiç karyerasını Portuqaliyada davam etdirəcək. O bu ölkənin I Liqa təmsilçisi "Farense" ilə anlaşıb. Ağdam təmsilçisi Buntiçin ayrılığını yaxın vaxtda açıqlayacaq. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin