Bakının bir sıra rayonlarında su verilişində 2–3 saatlıq fasilələr olacaq

Mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır. Anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir. Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Nəticədə Bakı şəhərinin müxtəlif rayonlarının ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyirik. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)