Sabah çimərliklərdə hava necə olacaq? — Açıqlandı

Abşeron çimərliklərində sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, iyunun 22-də arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 20-21, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.