Bakı əfsanəvi Qardelin sənətini qarşılayır - El Calor en Baku festivalının final akkordu yaxınlaşır

19-24 iyun tarixlərində Bakı şəhərinin qədim hissəsi əsl Argentina tanqosu paytaxtına çevrilib. Azərbaycan tarixində ilk dəfə keçirilən El Calor en Baku - Azerbaijan Tango Festivalı musiqi və rəqsi vahid bir canlı məkanda birləşdirərək şəhərə xüsusi mədəni atmosfer bəxş edir. Bu möhtəşəm mədəni marafonun final akkordu 24 iyun tarixində səslənəcək - dünya tanqosunun simvollarından biri, əfsanəvi Karlos Qardelin xatirəsinə həsr olunmuş möhtəşəm konsertlə. Gecə Bakı Musiqi Akademiyasının Opera studiyasında keçiriləcək və Bakıda Argentina Mədəniyyəti Həftəsinin kulminasiyası olacaq. Səhnədə dünyanın ən parlaq Argentina tanqo orkestrlərindən biri - La Argenta Ensamble çıxış edəcək. Beş musiqiçi, güclü canlı ifa, Fernando Erreranın orijinal aranjimanları və Ximena Qonsalesin ifadəli vokalı tamaşaçılara əsl tanqo-noir atmosferi yaşadacaq. Gecənin xüsusi qonaqları isə dünya tanqosunun ulduzları - səhnə ustaları Yanina Quiñones və Neri Piliu olacaq. Final yalnız bir konsert deyil, eyni zamanda emosional bir səyahət vəd edir - Qardelin klassikasından müasir tanqoya qədər uzanan, Bakı ilə Buenos-Ayresi eyni ritmdə birləşdirən unudulmaz bir axşam. Biletləri onlayn əldə etmək mümkündür: https://iticket.az/events/concerts/la-argenta-ensamble-the-great-argentine-tango-evening-in-baku Festival Azərbaycan Respublikası Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "İçərişəhər", Azərbaycandakı Argentina səfirliyi və Azərbaycan Rəqs Şurası (AzDC), eləcə də beynəlxalq tanqo icması və yerli tərəfdaşların dəstəyi ilə təşkil olunur. Həftə ərzində qədim İçərişəhər küçələri canlı səhnələrə çevrilir: açıq hava milonqaları, ustad dərsləri, kinopokazlar, qastronomik tədbirlər və "Metropolitango" beynəlxalq çempionatı Argentina mədəniyyətini şəhərin ürəyinə gətirir. Layihə və festival proqramı haqqında ətraflı məlumat rəsmi saytda mövcuddur: https://aztangofest.com/az Festivalın Instagram səhifəsi: https://www.instagram.com/aztangofest?igsh=ZWwxaHdrbWhyN3hy İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)