Azərbaycanlı sənətçilər İstanbulda "Traviata"nın uğurundan sonra təəssüratlarını bölüşüblər - (Video/Foto)

İstanbulda mövsümün ən mühüm mədəniyyət hadisələrindən biri sayılan XVII Beynəlxalq Opera və Balet Festivalı böyük uğurla başa çatıb. Festival çərçivəsində tamaşaçılara klassik opera və baletdən tutmuş müasir rəqs tamaşaları və konsert proqramlarınadək müxtəlif janrlar təqdim olunub. Bu barədə festival iştirakçısı, Əməkdar artist Ramil Qasımov bildirib. Layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, həmçininTürkiyə Dövlət Opera və Balet Teatrları Baş İdarəsinin dəstəyi iləhəyata keçirilib. Festival proqramına ümumilikdə 13 musiqi gecəsi və 22 tamaşa daxil edilib. Ramil Qasımovun sözlərinə görə, bu il dünya opera repertuarının inciləri xüsusi maraq doğurub və onların arasında Cüzeppe Verdinin "Traviata" operası tamaşaçıların böyük rəğbətinivə alqışlarını qazanıb. Operanın süjeti Violetta Valerinin dramatik həyat hekayəsindənbəhs edir. O, Alfred Jermona olan dərin sevgisinə baxmayaraq, cəmiyyətin və sevgilisinin ailəsinin təzyiqləri səbəbindən şəxsixoşbəxtliyindən imtina etməyə məcbur olur. Əsərdə fədakarlıq, məhəbbət və qaçılmaz ayrılıq mövzuları Verdinin təsirli musiqisiilə ustalıqla ifadə olunur. Operanın iki nümayişi Azərbaycan Dövlət Akademik Opera vəBalet Teatrının baş dirijoru, Əməkdar artist Eyyub Quliyevinrəhbərliyi ilə İstanbulun Atatürk Mədəniyyət Mərkəzininsəhnəsində böyük uğurla baş tutub. Baş rolları Azərbaycan DövlətAkademik Opera və Balet Teatrının solistləri, Əməkdar artistlərRamil Qasımov (tenor) və İnarə Babayeva (soprano) ifa ediblər. "İstanbul səhnəsində bu tamaşada iştirak etmək mənim üçün çoxvacib və ilhamverici yaradıcılıq təcrübəsi oldu. Burada xüsusi biratmosfer var - inanılmaz enerjiyə malik zal, diqqətli və emosionaltamaşaçı auditoriyası. Xüsusilə orkestr və səhnə tərəfdaşları iləyüksək səviyyəli əməkdaşlığı qeyd etmək istəyirəm. Biz həqiqətənvahid bir komanda kimi çalışırdıq və hər jestin, hər musiqivurğusunun öz əhəmiyyəti var idi. Belə layihələr təkcə peşəkarinkişaf baxımından deyil, həm də yeni yaradıcılıq stimulunun əldəolunması baxımından böyük önəm daşıyır", - deyə RamilQasımov bildirib. İnarə Babayeva isə qeyd edib ki, bu tamaşa onun repertuarındaemosional baxımdan ən mürəkkəb səhnə əsərlərindən biridir vəfestival çərçivəsindəki çıxışlar ona rolun dramatik mahiyyətinidaha dərindən açmağa, eyni zamanda beynəlxalq tamaşaçıauditoriyasının reaksiyasını yaxından hiss etməyə imkan verib. Onlarla birlikdə səhnədə İstanbul Dövlət Opera və Balet Teatrınınaparıcı solistləri, xoru və simfonik orkestri çıxış edib.Azərbaycanlı ifaçıların səhnə tərəfdaşlarından biri teatrın başdirektoru, tanınmış müğənni Caner Akgün olub. Tamaşaların sonunda tamaşaçılar sənətçiləri ayaqüstə alqışlayaraq, ifanın yüksək səviyyəsini və quruluşun güclü emosional təsirinixüsusi vurğulayıblar.