Kəmaləddin Heydərov onu alay komandiri təyin etdi — Foto

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş tutub. “Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant Seyidəhməd Nurayev tutduğu vəzifədən azad edilib. Digər Əmrlə Seyidəhməd Nurayev Bakı alayının komandiri təyin olunub. Qeyd edək ki, S.Nurayev bundan əvvəl də Bakı alayında xidmət edib.