Millimiz yoxlama matçları keçirəcək
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millsi iyunun 23-dən iyulun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq. Milli.Az xəbər verir ki, U-17 toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoxlama oyunları keçirəcək. Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18:30-da başlanması planlaşdırılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin