Göygöldə maşın aşıb, xəsarət alanlar var

Göygöldə yol qəzası baş verib. Milli.Az-ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)