Qətərdə partlayış — 13 nəfər öldü-Yenilənib
Qətərdə qazpaylama stansiyasında partlayış baş verib. “Qafqazinfo” Qətər Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfər itkin düşmüş hesab edilir. Hadisə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalı mərkəzinin yerləşdiyi Ras-Laffan sənaye zonasında istismara buraxılma-sazlama işləri zamanı baş verib. *** Baş verən partlayış nəticəsində 13 nəfər ölüb. Bu barədə Qətərin energetika naziri Saad əl-Kaabi bildirib. Onun sözlərinə görə, ölənlər Hindistan və Pakistan vətəndaşlarıdır. Daha 66 nəfər isə yaralanıb.

Şərh verin