Əjdər Cəfərova Türkiyədə yüksək vəzifə verildi (Foto)
Türkiyədə azərbaycanlıya vəzifə verilib. Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyasının rəhbəri Taha Akgül müvafiq sənəd imzalayıb. Təyinata əsasən, Əjdər Cəfərov Türkiyə Güləş Federasiyasının Beynəlxalq Nümayəndəlik və Xarici Əlaqələr Direktoru vəzifəsini icra edəcək. Qeyd edək ki, Əjdər Cəfərov bu ilin fevral ayında Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsinə də təyin olunub.O, daha əvvəl 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasında baş katib kimi fəaliyyət göstərib. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin