Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib - (Foto)
Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib. Milli.Az AZƏRTAC -a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşıladı. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin