Sabunçuda 71 yaşlı kişi ağacdan yıxılaraq öldü

Paytaxtın Sabunçu rayonunda 71 yaşlı kişi ağacdan yıxılaraq həyatını itirib. Milli.Az apa -ya istinadən xəbər verir ki, hadisə iyunun 18-də rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Yamil Məmmədov ağacdan yıxılaraq ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, ötən gün xəstəxanada vəfat edib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)