Motosiklet sürücüsü sürətli yolda uşağın həyatını təhlükəyə atdı - (Video)
Bakıda azyaşlı qızın motosikletdə təhlükəsizlik qaydalarına əməl olunmadan daşınması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, yayılan görüntülərdə hadisənin Suraxanı rayonu ərazisində, Aeroport yolunda baş verdiyi bildirilir. Kadrlarda motosikletin arxa hissəsində əyləşən azyaşlı qızın kask və ya digər təhlükəsizlik vasitələri olmadan hərəkət etdiyi görünür. İddialara görə, motosiklet yüksək sürətlə, təxminən saatda 80 kilometr sürətlə hərəkət edib. Bu vəziyyət həm azyaşlının həyatı üçün ciddi risk yaradıb, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhlükə altına qoyub. Bakı Şəhər DYP İdarəsindən qafqazinfo-ya bildirilib ki, videogörüntü ilə bağlı hazırda araşdırma aparılır. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin