"Heç bir dünya ulduzu 2 saat toyda otura bilməz" - Nadir Qafarzadə - (Foto)
Müğənni Nadir Qafarzadə xarici ulduzlarla yerli ifaçıların müqayisəsinə münasibət bildirib. Milli.Az xəbər verir ki, sənətçi bu barədə "İzzət şou" proqramında danışıb. İfaçı xarici müğənnilərin çıxışlarında istifadə olunan bahalı səs avadanlıqlarına diqqət çəkərək, Azərbaycanda fəaliyyət göstərən sənətçilərin daha çətin şəraitdə çıxış etdiyini deyib: "Deyirlər ki, filan dünya ulduzu stadionda necə ifa etdi. O aparatların qiymətindən xəbəriniz var? Bəlkə də 10-15 milyon dəyərindədir. Həmin avadanlıqla hər kəs yaxşı səslənə bilər", - deyə o bildirib. Nadir Qafarzadə qeyd edib ki, bir çox xarici sənətçilər konsertdən əvvəl texniki şəraiti yoxlayır və uyğun olmayan avadanlıqla səhnəyə çıxmırlar. Onun sözlərinə görə, Azərbaycan müğənniləri isə daha çətin şəraitdə belə canlı ifa etməyi bacarırlar: "Bu yaxınlarda rayonların birində idim. Vəziyyətə görə aparat elə idi, məcbur da etmək olmur, imkan odur. Məcbur oxudum. Sonda mənə dedi ki, "əjdahasan". Heç bir dünya ulduzu 2 saat toyda otura bilməz. Dəyər verin bizimkilərə. Bizim ən zəif ifaçımız onların ən yaxşı müğənnisindən güclüdür. Onun-bunun üçün ölməyin, bir az da bizim üçün. Arada bir "can" deyin". Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin