Litva hökuməti istefa verdi

Litvada Baş nazir İnqa Ruqiynenin rəhbərlik etdiyi hökumət istefa verib. Milli.Az xəbər verir ki, təxminən doqquz ay fəaliyyət göstərən Nazirlər Kabineti səlahiyyətlərini rəsmən dayandırıb. Məlumata görə, hökumətin istefası ölkədə yeni hakim koalisiyanın formalaşdırılması prosesi ilə əlaqədardır. Litva Sosial-Demokrat Partiyasının sədri Mindauqas Sinkyaviçyusun Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi bu qərarın verilməsində əsas amillərdən biri olub. Yeni hökumətin fəaliyyət istiqamətləri də artıq müəyyənləşib. Koalisiya sazişinə əsasən, Litva ABŞ hərbçilərinin ölkədə uzunmüddətli mövcudluğunu təmin etməyə çalışacaq. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)