Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
Ev təmizliyinin ən çətin mərhələlərindən biri pərdələri yumaqdır. Siqaret tüstüsü, toz, günəş şüaları və digər amillər tül pərdələrin saralıb bozarmasına səbəb olur. Baha başa gələn kimyəvi təmizləyiciləri kənara qoyun; evdəki sadə bir məhsulla pərdələrinizi inci kimi ağarda bilərsiniz. Milli.Az xəbər verir ki, ilk baxışdan qəribə görünsə də, sosial mediada ən çox sınaqdan keçirilən və bəyənilən üsul toz şəkərdir. Şəkər pərdələrin incə toxumasına zərər vermədən onları parlaqlaşdıran və ləkələri təmizləyən təbii bir "ağardıcı" rolunu oynayır. Pərdələri paltaryuyana yerləşdirin və adətən istifadə etdiyiniz yuyucu vasitəni əlavə edin. Daha sonra yuyucu toz gözünə 1-2 xörək qaşığı toz şəkər əlavə edin. Maşını həssas və ya sintetik proqramda, 30 dərəcədə işlədin. Əgər şəkərdən başqa digər təbii vasitələr axtarırsınızsa, aşağıdakıları da sınaqdan keçirə bilərsiniz: Qabartma tozu və ya soda: Yuyucu vasitənin üzərinə 1-2 paket qabartma tozu və ya 2 xörək qaşığı soda əlavə edin. Soda həm inadcıl ləkələri təmizləyir, həm də pərdələrə sinmiş xoşagəlməz qoxuları yox edir. Sirkə: Maşının yumşaldıcı (kondisioner) gözünə yarım stəkan sirkə tökün. Sirkə yuyucu toz qalıqlarını tamamilə yox edərək pərdələrə parlaqlıq və yumşaqlıq verir. Qaya duzu (İnadcıl ləkələr üçün): Pərdələri maşınla yumazdan əvvəl bir gecə duzlu suda saxlayın. Bir ləyən suya bolca qaya duzu əlavə edib pərdələri orada saxlamaq, toxumalara işləmiş sarı ləkələri yumşaldaraq təmizliyi asanlaşdırır. Ütü zahmətindən qurtulmaq üçün ipucu: Tüllər yüksək temperaturda asanlıqla formadan çıxa və qırışa bilər. Buna görə də yuma temperaturunu 30 dərəcədən yuxarı qaldırmayın və sıxma dövriyyəsini ən aşağı səviyyədə (maksimum 400-600 dövr) saxlayın. Pərdələri maşından çıxar-çıxmaz nəm halda birbaşa pərdə asılan yerə assanız, öz ağırlığı ilə düzələcək və ütü etmək məcburiyyətində qalmayacaqsınız. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin