Tarixi danışıqlar zamanı futbola baxırmışlar... — Video

İsveçrədə ABŞ ilə danışıqlar zamanı İran heyəti Belçika-İran matçını izləyib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda İran nümayəndə heyətinin İsveçrədə keçirilən görüşlər zamanı DÇ çərçivəsində baş tutan Belçika-İran matçına baxdığı əksini tapıb. Kadrlarda heyətin matç zamanı ekran qarşısında olduğu və oyuna maraqla baxdığı görünür.