Qaradağda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Qaradağ rayonunda daş karxanasında bədbəxt hadisə baş verib. Milli.Az apa -ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb. Cəlilabad rayon sakini, 1977-ci il təvəllüdlü Əkram Əliyev işlədiyi daş karxanasında ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılaraq həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)