60 yaşlı kişi mağazada öldü

Astarada 60 yaşlı kişi mağazada qəfil vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Pensər kəndində baş verib. 1966-cı il təvəllüdlü Nəcəfov Həmidulla İbadulla oğlu dünən saat 09 radələrində kənd ərazisində yerləşən mağazada ürəktutmadan ölüb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.