Göygöldə “Niva” TIR-a çırpıldı — Xəsarət alanlar var

Göygöl rayonunda ağır yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Çaylı kəndindən kçən hissəsində baş verib. TIR ilə “Niva” markalı avtomobilin toqquşması nəticəsində maşında olan Hacıməlik qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Mehman İbrahimov və onun 16 yaşlı oğlu Hikmət İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.