“Körfəz ölkələri rüsum sisteminə qarşıdır”

“Körfəz ölkələri Hörmüz boğazında rüsum sisteminə qarşıdır”. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Bəhreynə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib. Rubionun sözlərinə görə, gəmilər boğazdan keçməzsə, bu, İranla əldə olunan razılaşmanın birbaşa pozulmasına səbəb olar. Qeyd edək ki, bir müddət əvvəl İran Hörmüz boğazından istifadə edən gəmilərin ödəniş etməli olacağını bildirmişdi.