Yaponiyada yenidən güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ baş verib. “Qafqazinfo” xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar cümə günü, yerli vaxtla saat 12:46-da, 5,8 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Çiba prefekturasının Toqane şəhərindən 14 kilometr şimal-şərqdə və Narita şəhərindən 26 kilometr cənub-şərqdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilmir. Qeyd edək ki, ötən gün də Yaponiyada güclü zəlzələ baş vermişdi.