DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
Ötən gün ölkə ərazisində qeydə alınan 58, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olan ümumilikdə 158 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 144 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, narkotiklərlə bağlı 26, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə əlaqədar 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin