Ağsuda dağlıq ərazidə çətənə kolu əkən şəxs saxlanılıb
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyevi saxlayıb. Milli.Az xəbər verir ki, saxlanılan şəxsdən dağlıq ərazidə əkilmiş 59 ədəd çətənə kolu aşkar edilib. Məlumata görə, o, narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin