“Səbail” heyətini sabiq futbolçusu ilə gücləndirdi
"Səbail" yay transfer çalışmalarını davam etdirir. Bakı təmsilçisi növbəti keçidini rəsmiləşdirərək son olaraq "Baku Sportinq"də çıxış edən 28 yaşlı müdafiəçi Rubin Seyidovu heyətinə qatıb. Klubun yaydığı məlumata görə, tərəflər arasında 1+1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Rubin Seyidov daha əvvəl də "Səbail"in formasını geyinib və yeni mövsümdə yenidən komandanın uğurları üçün mübarizə aparacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin