Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi

Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Milli.Az xəbər verir ki, bu barədə Teleqraf -a Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri Rauf Aslanov məlumat verib. "Xalq şairi Nəriman Həsənzadə iki-üç gündür xəstəxanaya yerləşdirilib. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir", - Rauf Aslanov bildirib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)