Rusiyanın itkiləri yeniləndi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin 1584-cü günü üzrə Rusiya ordusunun itkilərinə dair növbəti məlumatı açıqlayıb. Məlumata görə, Rusiya indiyədək 1 398 370 hərbçi, 12 059 tank, 24 823 zirehli döyüş maşını, 44 799 artilleriya sistemi, 1 896 reaktiv yaylım atəş sistemi, 1 447 hava hücumundan müdafiə sistemi, 436 hərbi təyyarə, 353 helikopter, 17 296 operativ-taktiki PUA, 4 787 qanadlı raket, 112 146 avtomobil və yanacaqdaşıyan texnika, 33 gəmi və kater, 2 sualtı qayıq, 1 729 yerüstü robot texnika kompleksi və 4 348 xüsusi hərbi texnika itirib. Qeyd edək ki, bu rəqəmlər Ukrayna tərəfinin açıqladığı məlumatlara əsaslanır və müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)