Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də debüt edib. Milli.Az xəbər verir ki, 29 yaşlı idmançı Bakıda keçirilən "UFC Fight Night" turnirdə braziliyalı Ceferson Nasimento ilə üz-üzə gəlib. Tahir Abdullayev rəqibini vaxtından əvvəl - üçüncü raundda məğlub edərək turnirdə ilk qələbəsini qazanıb. (qol.az) Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)