Dünya çempionatında 1/16 final cütləri bəlli oldu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin bütün iştirakçıları və cütləri müəyyənləşib. J qrupunun son oyunlarından sonra pley-off mərhələsinin tam mənzərəsi formalaşıb və mundialın növbəti raundunda qarşılaşacaq komandalar rəsmiləşib. 1/16 final mərhələsinin oyun cədvəli: 28 iyun 23:00. Cənubi Afrika Respublikası - Kanada 29 iyun 21:00. Braziliya - Yaponiya 30 iyun 00:30. Almaniya - Paraqvay 05:00. Niderland - Mərakeş 21:00. Fildişi Sahili - Norveç 1 iyul 01:00. Fransa - İsveç 05:00. Meksika - Ekvador 20:00. İngiltərə - Konqo Demokratik Respublikası 2 iyul 00:00. Belçika - Seneqal 04:00. ABŞ - Bosniya və Herseqovina 23:00. İspaniya - Avstriya 3 iyul 03:00. Portuqaliya - Xorvatiya 07:00. İsveçrə - Əlcəzair 22:00. Avstraliya - Misir 4 iyul 02:00. Argentina - Kabo-Verde 05:30. Kolumbiya - Qana Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Yeni formata əsasən, hər qrupun ilk iki pilləsini tutan yığmalarla yanaşı, qruplarda üçüncü yeri tutan ən yaxşı səkkiz komanda da pley-off mərhələsinə yüksəlib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)