Bu gecə hər ikisi meydana çıxacaq
DÇ-2026-da qrup mərhələsinin həyəcanı bu gecə baş tutacaq son qarşılaşmalarla yekunlaşır. “Qafqazinfo” xəbər verir ki, turnirdə pley-offun son iştirakçılarını müəyyənləşdirəcək mübarizədə L, K və J qruplarındakı komandalar münasibətlərinə aydınlıq gətirəcəklər. Qeyd edək ki, meydana çıxacaq komandalar arasında növbəti mərhələni – 1/16 finalı hələlik Lionel Messinin kapitanı olduğu Argentina millisi təmin edib. Kriştianu Ronaldonun komandası isə Portuqaliya üçün taleyüklü olan Kolumbiya matçında növbəti mərhələ vəsiqəsini rəsmiləşdirməyə çalışacaq. Dünya çempionatı: L qrupu 01:00 Panama-İngiltərə 01:00 Xorvatiya-Qana K qrupu 03:30 Kolumbiya-Portuqaliya 03:30 Konqo DR-Özbəkistan J qrupu 06:00 İordaniya-Argentina 06:00 Əlcəzair-Avstriya

Şərh verin