Yaponiyada 6,0 maqnitudalı zəlzələ baş verdi

Yaponiyanın Honşu adası yaxınlığında 6,0 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Bildirilib ki, yeraltı təkanların episentri təxminən 239 min nəfər əhalisi olan Aomori prefekturasının Haçinohe şəhərindən 70 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 59 kilometr dərinlikdə müəyyən edilib. Hazırda sunami təhlükəsi elan olunmayıb və təbii fəlakət nəticəsində dağıntı və ya tələfat barədə rəsmi məlumat açıqlanmayıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)