İrandan ABŞ-a sərt ittiham: Öhdəliklərə əməl etmir
İran Xarici İşlər Nazirliyi ABŞ-ın ölkənin cənub sahillərində yerləşən bir sıra müşahidə və nəzarət obyektlərinə endirdiyi hava zərbələrini sərt şəkildə qınayıb. Nazirliyin bəyanatında bildirilir ki, hücumlar BMT Nizamnaməsinin, eləcə də müharibənin dayandırılması ilə bağlı memorandumun kobud şəkildə pozulmasıdır. Rəsmi Tehran Vaşinqtonu üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə ittiham edərək, ABŞ-ın beynəlxalq öhdəliklərinə etibar göstərmədiyini vurğulayıb. Bəyanatda həmçinin qeyd olunub ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, ölkənin suverenliyini və ərazi bütövlüyünü hədəf alan istənilən hərbi təcavüzə qarşı özünümüdafiə hüququna malikdir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin