Qrup mərhələsinin ən məhsuldar oyunçusu Messi oldu
2026-cı il dünya çempionatının qrup mərhələsi başa çatdıqdan sonra bombardirlər siyahısında Argentina millisinin kapitanı Lionel Messi liderliyini qoruyub. Messi keçirdiyi oyunlarda vurduğu 6 qolla ilk pillədə qərarlaşıb. Onu hərəyə 4 qolla Fransa millisinin futbolçuları Kilian Mbappe və Usman Dembele, Braziliya yığmasının üzvü Vinisius Junior, eləcə də Norveç millisinin hücumçusu Erlinq Haaland izləyirlər. Bombardirlər siyahısının ilk "15-liyi" belədir: Lionel Messi (Argentina) - 6 qol Kilian Mbappe (Fransa) - 4 qol, 2 assist Usman Dembele (Fransa) - 4 qol, 1 assist Vinisius Junior (Braziliya) - 4 qol, 1 assist Erlinq Haaland (Norveç) - 4 qol Deniz Undav (Almaniya) - 3 qol, 2 assist Yohan Manzambi (İsveçrə) - 3 qol, 1 assist İsmaila Sarr (Seneqal) - 3 qol, 1 assist Brayan Brobbi (Niderland) - 3 qol Mateus Kunya (Braziliya) - 3 qol İsmail Saibari (Mərakeş) - 3 qol Conatan Devid (Kanada) - 3 qol Harri Keyn (İngiltərə) - 3 qol İlayca Cast (Yeni Zelandiya) - 3 qol Yoan Vissa (Konqo Demokratik Respublikası) - 3 qol. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin