Bakıda qaydaları kobud pozan motosiklet sürücüsü saxlanıldı
Bakıda motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, keçirilən tədbirlər nəticəsində nəqliyyat vasitəsini idarə edən şəxsin 2008-ci il təvəllüdlü Amin Məmmədov olduğu müəyyən edilib. Həmin şəxs saxlanılıb və barəsində qanunvericiliyə uyğun hüquqi məsuliyyət tədbirləri görülür. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin