Yevlaxda yük vaqonunda yanğın olub - (Foto)
Yevlax dəmir yolu vağzalında içərisində kükürd olan yük vaqonunda yanğın baş verib. Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 08:50 radələrində qeydə alınıb. Məlumata görə, hadisə ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax Yanğından Mühafizə Qatarı tərəfindən operativ tədbirlər görülüb. Yanğın qısa müddətdə söndürülüb, təhlükəsizlik təmin olunub. Faktla bağlı araşdırma aparılır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin