Sumqayıtda 1000-dən çox abonentin qazı kəsiləcək
Sumqayıt şəhərində 1200 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq. "Azəriqaz" İB Sumqayıt QİS-dən Milli.Az-a verilən məlumata görə, şəhər ərazisində 159 mm-lik yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar iyunun 29-da saat 13:00-dan etibarən 1200 abonentin qaz təchizatı dayandırılacaq. Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi gözlənilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin