Britaniya Kolumbiyasında turistləri daşıyan qayıq batıb

Britaniya Kolumbiyasında turistləri daşıyan qayıq batıb. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Riçmond sahillərində qeydə alınıb. Məlumata görə, qayıqda 10 nəfər olub, onlardan 4-ü xilas edilib, qalan şəxslərin axtarışları isə davam etdirilir. Axtarış-xilasetmə əməliyyatına Kanada Hərbi Hava Qüvvələrinin helikopterləri və təyyarələri də cəlb olunub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)