Avtobus sürücüsü, dülgər... — Komandasını DÇ-də pley-off-a daşıdı
Dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan Qana millisinin qapıçısı Benjamin Asarenin həyat hekayəsi gündəm olub. “Qafqazinfo” xəbər verir ki, o, peşəkar karyerasına 24 yaşında başlayıb. Bundan əvvəl isə o Qana ikinci divizionunda müxtəlif klubların qapısını qoruyub. Amma daim maddi çətinliklərlə üzləşib. Buna görə futbol oynaya-oynaya avtobus sürücüsü kimi işləməyə başlayıb. Daha sonra dülgər kimi müxtəlif yerlərdə çalışıb. Daha sonra isə fermada əlavə iş tapıb. Bütün bu çətinliklərə baxmayaraq futbol oynamağı dayandırmayıb. Komandasının məşqinə isə daim ictimai nəqliyyatdan istifadə edərək gəlib-gedirmiş. Sonradan qanalı bir iş adamı ona avtomobil hədiyyə edib. 2018-ci ildə Asare ilk dəfə Qana Premyer Liqasında oynamağa başlayır. Bundan 7 il sonra – 2025-ci ildə milli komandaya ilk dəfə dəvət alır. 32 yaşında yığmaya dəvət alan qapıçı hazırda dünya çempionatında Qana millisinin əsas heyət üzvüdür. Məhz onun İngiltərə ilə matçda etdiyi qurtarışlar komandasının pley-off-a çıxmasına səbəb oldu.

Şərh verin