Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçildi
Nüfuzlu "The Athletic" nəşri ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının qrup mərhələsində fərqlənən ən yaxşı futbolçuların reytinqini açıqlayıb. Milli.Az xəbər verir ki, ilk beşlikdə Argentina, Fransa və Braziliya milli komandalarının oyunçuları yer alıb. Siyahının ilk pilləsində Argentina millisinin kapitanı Lionel Messi qərarlaşıb. Onu Fransa yığmasının hücumçusu Kilian Mbappe izləyir. Üçüncü sırada isə Braziliya millisinin vingeri Vinisius Junior yer alıb. Reytinqin ilk beşliyini Fransa millisinin futbolçuları Usman Dembele və Maykl Olise tamamlayıblar. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin