“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir
"Qarabağ" futbol klubu Macarıstanın ZTE klubundan 24 yaşlı mərkəz müdafiəçisi Bence Varkonyini təxminən 1 milyon avroya heyətinə qatır. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, bu barədə belçikalı insayder Sacha Tavolieri məlumat yayıb. Məlumata görə, Ağdam təmsilçisinin 24 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.

Şərh verin