Nurlana Əliyeva vəfat etdi

Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib. Nurlana Əliyeva son vaxtlar səhhətində yaranmış problemlərlə əlaqədar xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, N.Əliyeva uzun illər Bakı Slavyan Universitetinə rəhbərlik edib və ictimai-siyasi fəaliyyətlə məşğul olub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)