Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)

Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" yaşayış kompleksində güclü yanğın baş verib, nəticədə 4 avtomobil yanıb. Milli.Az xəbər verir ki, hadisə yaşayış kompleksinin ərazisində qeydə alınıb. İlkin məlumata görə, yanğın nəticəsində 4 avtomobilə ciddi ziyan dəyib. Əraziyə cəlb olunan yanğınsöndürən briqadaları həyətə çətinliklə daxil olsalar da yanğın söndürülüb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)