Gəncədə 29 yaşlı kişi bıçaqlandı
Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Aleksandr Konalinko bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır. Yunis Quliyev

Şərh verin